Rusiya və Ukrayna nümayəndələrinin görüşünün keçiriləcəyi Türkiyənin İstanbul şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.
Dolmabağça sarayının ətrafında nümayəndə heyətlərini qarşılamaq üçün jurnalistlərdən ibarət növbələr yaranıb.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı zamanı Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşü barədə razılıq əldə edilib. Martın 28-də onlar İstanbula gəliblər.
Qeyd edək ki, Ukrayna nümayəndə heyətini danışıqların baş tutacağı əraziyə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə gətirib.