Rusiya və Ukrayna razılaşdı

13:55 / 30.03.2022
1243

Bu gün mülki əhalinin təxliyəsi üçün Ukraynada daha 3 humanitar dəhlizin açılması razılaşdırılıb.

Hit.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reintqrasiyasə üzrə nazir İrina Vereşuk deyib.

“Humanitar yardımların çatdırılması və insanların təxliyəsi üçün daha 3 humanitar dəhlizin açılması barədə razılıq əldə olunub. Humanitar yardım daşıyan avtobus və yük maşınları artıq Zaporojyanı tərk ediblər. Biz Rusiya tərəfindən öz öhdəliklərinə əməl etməyi və humanitar yüklərin nəzarət-buraxılış məntəqəsindən keçmələrinə icazə vermələrini tələb edirik”, - o bildirib.

Rəsmi Kiyev bu prosesdə Rusiyanı vətəndaşlarını, xüsusilə uşaqları öz ərazisinə daşımaqda ittiham edir. //oxu24

0