Rusiya ordusu “İsgəndər” ballistik raket sistemi ilə Kamenka və Dontesk yaşayış məntəqələrində Ukrayna ordusuna məxsus 2 raket və artilleriya sursat anbarını vurub.
HİT.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov deyib.
O bildirib ki, 3 ədəd çoxlüləli reaktiv yaylım atəş sistemi, 2 haubitsa və 49 Ukrayna ordusuna məxsus maşının olduğu ərazi məhv edilib.