Rusiya ilə sülh müqaviləsinin imzalanması bir şərtlə mümkündür - Araxamiya

DÜNYA
16:21 / 30.03.2022
1429

Rusiya ilə sülh müqaviləsinin imzalanması Rusiya qoşunlarının fevralın 23-dən etibarən nəzarətində olan Ukrayna ərazisindən tamamilə çıxarılması şərtilə mümkündür.

Qaynarinfo xəbər verir ki, bunu RBK-Ukraynaya müsahibəsində danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbərlik edən xalq deputatı David Araxamiya deyib.

"Müqavilənin şərti imzalanmasına və ya onun artıq ciddi müzakirə oluna biləcəyi məqama çatdıqda, onlar Ukraynanı tamamilə tərk etməli olacaqlar. Və sonra biz onu imzalamaq, təsdiqləmək və ya parafinasiya etmək üçün oturacağıq. Bu, beynəlxalq qoruyucudur, təkcə bizim tələblərimiz və ya istəklərimiz deyil, həm də bu sənədin işlək şəkildə imzalanmasını təmin etmək üçün zəruri şərtlərdir", - o deyib.

Araxamiya Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonları (ukr. ORDLO. - Red) məsələsini danışıqlarda ən çətin məqam adlandırıb – bu məqam hələ danışıqlarda müzakirə mövzusu belə olmayıb.

"Ona görə də liderlərin görüşünə qədər onu dərhal mötərizəyə saldılar və bütün digər məsələlər üzərində işlədilər", - deputat vurğulayıb.

O, həmçinin vurğulayıb ki, işğalçı qoşunlar, o cümlədən Xerson vilayətinin cənubunu – Krıma gedən "dəhliz” adlanan ərazini tərk etməli olacaqlar.

"Biz hər bir məsələnin həlli üzərində ayrı-ayrılıqda işləyirik, ancaq bütövlükdə və kompleks şəkildə nəyəsə imza ata bilərik. Əgər belə olmasa, bütün söhbət mənasını itirər. Onlar da öz aralarında bu mövqeyi dəstəklədilər və qərar verdilər ki, bəli, belə də ediləcək”, - Araxamiya açıqlayıb.

Xəbər verdiyimiz kimi, martın 29-da İstanbulda Ukrayna və Rusiya Federasiyasının nümayəndə heyətləri arasında danışıqların birinci raundu baş tutub.
 
Ukrayna onun üçün yeni təhlükəsizlik zəmanətləri sistemi haqqında beynəlxalq müqavilə imzalamağı təklif edir. Ukrayna parlamentindəki "Xalqın qulluqçusu” fraksiyasının sədri, hazırda isə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya bildirib ki, rəsmi Kiyev hazırda BMT Təhlükəsizlik Şurası ölkələrini, o cümlədən Rusiyanı, ABŞ, Böyük Britaniya, Çin, Fransa, həmçinin Türkiyə, Almaniya, Kanada, İtaliya, Polşa və İsraili qarantlar sırasında görür.

Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin hüquq qrupuna rəhbərlik edən diplomat Oleksandr Çalıy bildirib ki, Ukrayna nümayəndə heyəti Rusiyanın Ukraynaya qarşı başladığı müharibəni dayandırmaq üçün diplomatik formata çevrilməli olan təhlükəsizlik zəmanəti sazişi imzalamağa çalışır.
Onun sözlərinə görə, Ukrayna hərbi-siyasi ittifaqlara girmədən bloka daxil olmayan statusu və qeyri-nüvə dövləti statusunu daimi neytrallıq şəklində təsbit etməyə hazırdır.

Eyni zamanda, Çalıyın sözlərinə görə, təhlükəsizlik zəmanəti sazişində Ukraynanın Avropa İttifaqına daxil olması ehtimalına etiraz olmayacaq.

0