Ukraynada döyüşlərlə bağlı SON VƏZİYYƏT

DÜNYA
10:17 / 31.03.2022
1517

"Rusiya rəhbərliyi işğal etdiyi ərazilərdə müvəqqəti yerli hakimiyyət orqanlarının formalaşdırılması məsələsini nəzərdən keçirir".

HİT.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsindəki operativ məlumatında bildirilib.

Məlumata görə, Rusiyada həmin əraziləri idarə etmək üçün güc strukurlarına, prokurorluq və məhkəmə orqanlarına əməkdaşlar seçilir. Bu seçkidən sonra onlar Ukrayna ərazisinə göndəriləcək:

“Xerson vilayətində psevdorespublikanın yaradılması ssenarisinin reallaşdırılması üçün Rusiya Federal Təhlükəsizlik Xidməti, 652-ci informasiya-psixoloji əməliyyat qrupu və RF Baş Qərargahının 12-ci idarəsinin əməkdaşları işləyir. Onlar əsasən “izahedici işlə” məşğul olacaq”.

Bildirilib ki, Rusiya Şərq Hərbi Dairəsinin 5-ci ümumqoşunun 60-cı əlahiddə motoatıcı briqadasının bölmələrinin iki komandiri döyüş əmrini yerinə yetirməkdən imtina etdikləri üçün tutduqları vəzifədən azad ediliblər.

Məlumata görə, Baltik donanmasının birlik və hərbi hissələrində, o cümlədən 11-ci ordu korpusunun 79-cu əlahiddə motoatıcı briqadasının hərbçiləri hərbi xidmətin müddətinin uzatmaq üçün müqaviləni imzalamaqdan imtina ediblər.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Belarus ərazisinə əlavə canlı qüvvə və hərbi texnika yerləşdirir.

“Donetsk və Luqansk istiqamətində 5 hücumun qarışısı alınıb. Ukrayna hərbçiləri 10 tank, 18 zirehli texnika, 13 avtomobil, 15 artilleriya qurğusu məhv edib. Ötən sutkada Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Donanması 7 hava hədəfini – 4 döyüş təyyarəsi, bir PUA və 2 qanadlı raketi sıradan çıxarıb.

Rusiya çoxlu sayda canlı qüvvə itirib”, - Ukrayna SQ Baş Qərargahının əməliyyat məlumatında vurğulanıb.

0