Ukrayna ilə müharibə aparan Rusiya ordusu təsadüfən öz döyüş təyyarələrini vurub.
HİT.az xarici KİV-ə istinadla xəbər verir ki, Britaniya kəşfiyyatı ruhdan düşmüş rus əsgərləri də öz texnikalarını yandırdığını və bəzən əmrləri yerinə yetirməkdən boyun qaçırdıqlarını bildirib.
Britaniyanın elektron kəşfiyyat agentliyi GCHQ-nun məlumatına görə, Vladimir Putinin müşavirləri işlərin necə pis getdiyini söyləməkdən qorxurlar.
Bununla belə, Ceremi Fleminq baş verənlərin və səhv hesablamanın miqyasının rejim üçün çox aydın olması gərəkdiyini deyib.
Fleminq Rusiya lideri Vladimir Putinin Ukraynadakı vəziyyəti “çox səhv hesabladığını” və Rusiya Ordusunun imkanlarını “çox yüksək qiymətləndirdiyini” açıq-aydın görüb.
“Biz silah və mənəvi cəhətdən çatışmayan rus əsgərlərinin əmrləri yerinə yetirməkdən boyun qaçırdığını, öz təchizatlarına qarşı təxribat törətdiyini və hətta təsadüfən öz təyyarələrini vurduğunu görmüşük”, - Fleminq bildirib. //olke.az