"Ukrayna qüvvələri Çerniqov vilayətinin cənubundakı Sloboda və Lukaşivka kəndlərini geri alıb və şəhərlə Kiyev arasında əsas təchizat yollarından biri boyu mövqe tutub”.
HİT.az "Report"a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.
"Ukrayna qoşunları həmçinin Kiyevin şərqinə və şimal-şərqinə uğurlu, lakin məhdud əks-hücumları davam etdirir. Rusiya həm Çerniqov, həm də Kiyev ətrafında fəaliyyətini azaltdığını iddia etməsinə baxmayaraq, davamlı hava və raket zərbələrinə məruz qalıb”, - nazirlikdən bildirilib.