Kadırov Rusiyada yanacaqdoldurma məntəqəsində namaz qıldı

11:48 / 01.04.2022
1347

Rusiyanın Ukraynanı işğal etmək qərarından sonra bölgəyə minlərlə çeçen döyüşçüsü göndərən Çeçen lideri Ramazan Kadırov yenidən gündəmə gəlib.

HİT.az "Unikal"a istinadən xəbər verir ki, bir müddətdir Ukraynada olduğunu bildirən Çeçenistan rəhbərinin əslində Rusiyada olduğu ortaya çıxıb. Belə  ki, Kadırovun yanacaqdoldurma məntəqəsində yanında pulemyotlu əsgərlərlə birlikdə namaz qıldığı fotosu yayılıb.

Çeçen liderinin paylaşdığı fotoda yalnız Rusiya Federasiyasında yerləşən “Pulsar” yanacaqdoldurma məntəqəsinin loqosu görünür. “Pulsar”ın Rusiya dövlətinin nəzarətində olan “Rosneft” neft şirkətinə məxsus olduğunu nəzərə alsaq, Kadırovun Rusiya da olduğunu təsdiq etmiş olarıq. 

0