Dünyaca məşhur fransız kino ulduzu Jerar Depardye Rusiya prezidenti Vladimir Putini qınayıb.
"Unikal" xəbər verir ki, 2013-cü ildə Rusiyadan vətəndaşlıq alan və Putinə yaxınlığı ilə tanınan məşhur ulduz, aprelin əvvəlində Parisdəki "Champs-ElyseesTeatrında verəcəyi 3 konsertin bütün gəlirinin Rusiyaya veriləcəyini açıqlayıb.
Bundan əlavə Depardye yaxın dostu Putini Uraynadakı müharibəni davam etdirdiyinə görə qınayıb:
"Rus xalqı Putin kimi hökmdarlarının qəbuledilməz çılğın sürüklənməsinə görə məsuliyyət daşıya bilməz".
Rusiya və Ukraynanın iki qardaş ölkə olduğu fikrini ifadə edən Depardye müharibənin dərhal dayandırılması və danışıqların aparılmasına çağırıb.