Ukrayna və Rusiya ikinci dəfə hərbi əsirlərin qarşılıqlı mübadiləsini həyata keçiriblər.
HİT.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kiril Timoşenko məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna 90-a yaxın əsgərini geri qaytarıb.
“Bu gün əsirlərin mübadiləsi olub. 15-i qadın olmaqla, 86 nəfər Ukrayna əsgəri artıq təhlükəsizdir”, - deyə Timoşenko əlavə edib.
Xatırladaq ki, martın 24-də Ukrayna və Rusiya ilk əsr mübadiləsini həyata keçirib. Onda 10 ukraynalı hərbçi Rusiya tərəfindən qaytarılıb.