Rusiyalı diplomat persona non-qrata elan EDİLDİ

DÜNYA
22:41 / 01.04.2022
860

Bolqarıstan Rusiyanın Sofiyadakı səfirliyinin birinci katibini persona non-qrata (arzuolunmaz şəxs) elan edib.

HİT.az " TASS-a istinadən xəbər verir ki, bu barədə səfirin müşaviri Filip Voskresenski məlumat verib.
“Cümə günü axşam məni Bolqarıstan Xarici İşlər Nazirliyinə çağırdılar. Diplomatik missiyamızın birinci katibinin persona-non-qrata elan edilməsi barədə nota aldım. Diplomata ölkəni tərk etmək üçün 72 saat vaxt verilib”, - deyə bildirib.

0