Ukrayna daha bir şəhəri geri qaytardı

DÜNYA
23:01 / 01.04.2022
1596

Ukrayna Buça şəhərini rusiyalı hərbçilərdən azad edib.

HİT.az xəbər verir ki, bu barədə şəhərin meri Anatoli Fedoruk Teleqram kanalında məlumat verib. O bildirib ki, şəhərin azad edilməsinə martın 31-dən başlanılıb. 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Buçadan geri çəkilərkən Rusiya ordusunun bölmələri mülki tikililəri, infrastruktur obyektlərini və qəsəbə daxilində bəzi əraziləri minalayıblar.

0