Rus zabit özünü güllələdi: “Biləndə ki...” – Şok iddia

DÜNYA
22:30 / 02.04.2022
2599

Ukraynadan verilən açıqlamada bir rus tank alayının komandirinin bölməsindəki bütün vasitələrin istifadəyə yararsız halda olması səbəbindən intihar etdiyi iddia edilib.

Hit.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilib ki, Rusiyanın 13-cü Tank Diviziyasının tank alayının komandiri bölmənin ehtiyat tanklarının vəziyyətini öyrəndikdən sonra düşdüyü ağır vəziyyətə görə özünü güllələyib.

Açıqlamada Rusiya qüvvələrinin baxımsız qalan hərbi maşınlarla bağlı problem yaşadığı və tankların çoxunun yararsız hala düşdüyü iddia edilib.

Nazirlik bildirib ki, Rusiyanın Bryansk vilayətində döyüş meydanında yararsız vəziyyətə düşmüş avadanlıqları təmir etmək üçün anbar və təmir obyektləri tikilir.

Əgər Ukraynanın iddiası doğrudursa, bu, Ukraynada həyatını itirən yüksək vəzifəli şəxslərin sayının artması deməkdir.

Rusiyanın Ukraynaya hücumları başlayandan bəri Kiyev qarşıdurmalarda 7 rus generalı və Qara dəniz donanması komandanının müavininin həlak olduğunu açıqlayıb.

0