Qazaxıstan prezidentinə sui-qəsdin qarşısı alındı - VİDEO

11:52 / 03.04.2022
1583

Qazaxıstana prezident Kasım-Jomart Tokayevə qarşı sui-qəsd hazırlandığı bildirilib, xarici kəşfiyyata işlədiyi iddia edilən Qazaxıstan vətəndaşı saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Məlumata görə, martın 25-də Nur-Sultanda MTK-nın əks-kəşfiyyat idarəsi Qazaxıstan prezidentinə və bir sıra yüksək rütbəli şəxslərə qarşı sui-qəsd planlaşdırdığı iddia edilən "xarici kəşfiyyat agenti”, Qazaxıstan Respublikası vətəndaşı "A”nı saxlayıb.

Eyni zamanda, onun hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı da xüsui terror aktları hazırladığı bildirilir.

Axtarış nəticəsində üzərindən səsboğucu ilə birlikdə xaricdə istehsal olunmuş snayper tüfəngi, narkotik vasitə və külli miqdarda valyuta götürülüb. Məlumatda bildirilir ki, silahlar peşəkar maskalanmış formada hissə-hissə Qazaxıstana gətirilib.

Bundan əlavə, bildirilir ki, "A” agenti sosial şəbəkələrdə müvafiq materialları dərc etməklə Qazaxıstan Respublikasında "anti-Rusiya təbliğatı”nın təbliği və cəmiyyətdə "rusofob baxışlar” yaratmaq üçün tapşırıqlar icra edib.

0