Ukraynalılar bütün vasitələrlə Rusiya ordusuna müqavimət göstərirlər. Rusiya hərbçilərini yerli sakinlər zəhərləyirlər və onlar da spirtli içkilər səbəbindən xəstəxanalara düşürlər.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.
Xarkov vilayətinin İzyumski rayonunun yerli sakinləri Rusiya hərbçilərinə zəhərli piroqlar veriblər. Nəticədə iki ihərbçi dərhal ölüb, daha 28 nəfər isə reanimasiyaya yerləşdirilib. Onların vəziyyəti hazırda məlum deyil.Daha 500-ə yaxın rusiyalı hərbçi mənşəyi məlum olmayan ağır alkoqol zəhərlənməsi səbəbindən xəstəxanalardadır.
“Rusiya komandanlığı bu halları qeyri-döyüş itkiləri kimi qeydə alır”, - məlumatda vurğulanır.
Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığındakı işğal olunmuş ərazidə Rusiya hərbçiləri özləri üçün səngərlər qazıblar. Hərbçilər radiasiya aldıqlarından da şikayət ediblər, lakin komandanlıq onları yenə də döyüşə atıb.