Müharibə Zelenskini belə qocaldıb - FOTOLARLA MÜQAYİSƏ

DÜNYA
11:48 / 05.04.2022
1085

Fevral 24-də Rusiya Ukraynaya müharibə elan edib.

Hücumlar nəticəsində hər iki tərəf xeyli sayda itkilər verib.

Qanlı döyüşlərin artıq 40-cı günüdür. Dünyanın əksər ölkələrindən səsləndirilən çağırışlara baxmayaraq, Rusiya qoşunları geri çəkilmək niyyətində deyil.

Müharibə başlayandan xüsusilə Ukrayna Prezidenti Volodimir Zelenskinin davamlı olaraq xalqa müraciətlərinin şahidi oluruq. Canlı yayıma çıxdığı ilk günlərdə daha gümrah və enerjili görünən prezidentin xarici görkəmi bir ayda nəzərəçarpacaq qədər dəyişilib. Zelenski son çıxışlarında həddindən artıq yorğun və qəmgin görünür. 

Modern.az Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibədən bu günə qədər necə dəyişdiyini əks etdirən görüntüləri təqdim edir:

Rusiyanın Ukraynaya müharibə elan etməsindən iki gün sonra Zelenskinin Kiyevdən paylaşdığı görüntü

Zelenskinin martın 3-dəki çıxışında artıq saqqalının uzandığı diqqət çəkir

Onun martın 11-də "Facebook" vasitəsilə xalqa müraciəti zamanı çəkilmiş kadr

Ukrayna Prezidenti martın 18-də Rusiyanın hücumunun son vəziyyəti barədə açıqlama verir

Martın 31-də kameralar qarşısına keçən Zelenski son durum barədə ictimaiyyəti məlumatlandırır

Dünən (4 aprel) Zelenskinin paytaxt Kiyev yaxınlığındakı Buçaya səfərinin görüntüləri dünya mətbuatının gündəminə çevrildi

Müharibənin 40 gününü geridə qoyan Zelenskinin kifayət qədər yorğun olduğu müşahidə edilir.

Xarici mətbuatda Zelenski haqqında çıxan xəbərlərdə “40 gündə 10 yaş qocaldı” şərhləri verilir.

0