Rus əsgərlərinin qorxduğu ukraynalı snayper qadının FOTOLARI

DÜNYA
13:57 / 05.04.2022
2568

Bütün dünyanın yaxından izlədiyi Rusiya-Ukrayna müharibəsi davam edərkən, rus qoşunlarına ağır itkilər verən “kömür” ləqəbli snayper ilk dəfə ortaya çıxıb. 

"Unikal" xəbər verir ki, Ukrayna müqavimətinin simvoluna çevrilən gənc qadın öz ölkəsində qəhrəman elan edilib.

2017-ci ildə Ukrayna donanmasına qoşulan qadın ölkənin şərqində Donetsk və Luqanskda rusiyayönlü separatçılara qarşı döyüşüb. Onun əsl kimliyi məlum olmasa da, o, Ukraynanın Rusiya qüvvələrinə qarşı müqavimətinin simvoluna çevrilib. Britaniyanın “The Times” qəzeti snayper qadının cəbhə xəttində döyüşdüyünü yazıb.

"Kömür" Putinin işğalçıları ilə “sona qədər” mübarizə aparacağına söz verib. Şəxsiyyətini qorumaq üçün üzünün qismən fotoşəkillərlə örtüldüyü qadının Rusiya ordusu arasında pis reputasiyaya sahib olduğu bildirilir.

0