Hazırda Avropa İttifaqında Rusiyaya qarşı bir sıra sanksiyaların tətbiq edilməsi müzakirə edilir.
32gun.az "Reuters"ə istinadən sanksiyaların siyahısını təqdim edir:
Rusiyadan kömür, taxta, kimya və digər məhsulların idxalına qadağa - ildə 9 milyard avro;
Rusiyaya yarımkeçiricilərin, kompüterlərin, qaz sənayesi, nəqliyyat və digər sənayelər üçün texnologiyaların tədarükünə qadağa - ildə 10 milyard avro;
Rus yük maşınları və gəmiləri üçün sərhədlərin bağlanması (istisna - enerji məhsulları, qida və dərman tədarükü üçün);
VTB və SWIFT-dən artıq ayrılmış digər üç banka qarşı sanksiyalar;
Oliqarxlara əlavə məhdudiyyətlər.