"Tor" taktiki zenit-raket kompleksinin "Bayraqdar" PUA-sını məhv etdiyi iddia edilib.
Hit.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
"Ukraynada keçirilən xüsusi əməliyyat zamanı biz 20 atış həyata keçirdik. Müxtəlif tipli 11 pilotsuz uçuş aparatı vurulub, onlardan yeddisi "Bayraqdar" idi", - "Tor" kompleksinin komandiri açıqlamasında deyib.
Müdafiə Nazirliyi yaydığı videoda "Tor" ZRK-nin "Bayraqdar" PUA-sını vurmasının əks olunduğu bildirilir. Ancaq yayılan görüntüdə raketin məhz "Bayraqdar"ı yaxaladığına aid heç bir əlamət yoxdur.