Yunanıstan hakimiyyəti Yunanıstanda akkreditə olunmuş Rusiya Federasiyasının diplomatik və konsulluq nümayəndəliklərinin 12 əməkdaşını arzuolunmaz şəxs elan edib.
Hit.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin çərşənbə günü verdiyi bəyanatda bildirilir.
“Onlar 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının və 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq arzuolunmaz şəxslər elan ediliblər”, - deyə məlumatda vurğulanır.
Baş katib səlahiyyətlərini icra edən nazirlik rəsmisi bu qərarla bağlı Rusiya səfirini məlumatlandırıb.