"Lukoil" Rusiyadakı zavodlarını dayandıra bilər - Hökumətdən dəstək istədi

DÜNYA
11:51 / 07.04.2022
1476

"Lukoil" neft məhsullarının həddindən artıq çox olması səbəbindən zavodların bağlanma ehtimalı ilə bağlı xəbərdarlıq edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” nəşri şirkətin rəhbəri Vahid Ələkbərovun Rusiya baş nazirinin müavini Aleksandr Novaka məktubuna istinadən yazır. Bildirilir ki, xaricə tədarükün azalması fonunda şirkət mazut artıqlığı ilə üzləşib.

"Emal zamanı mazutun daşınma həcmində kəskin azalma və nəticədə anbarda bu yanacağın artıqlığının əmələ gəlməsi müşahidə olunub”, - sənəddə deyilir. Şirkət rəhbərinin sözlərinə görə, anbarların doldurulması neft emalı zavodlarının (NEZ) dayanmasına və yanacaq istehsalının azalmasına səbəb ola bilər.

Bununla bağlı Vaqit Ələkbərov artıq mazutları istilik elektrik stansiyalarına (İES) yönləndirmək istəyir və ətraf mühitə mənfi təsir göstərən yüksək cərimələrin müvəqqəti olaraq ləğv edilməsini təklif edir. 

Qeyd edilir ki, İES-lərin elektrik stansiyalarının mazuta keçirilməsi energetiklər üçün zəruri tədbirdir. Adətən İES-lər yalnız qazın verilişində fasilələr yarandıqda mazuta keçir. Enerji bazarının qaydalarına görə, şirkətlər ən ucuz yanacaq növündən - qazdan istifadə etməlidirlər. 

"Lukoil" Rusiyada dörd neft emalı zavoduna malikdir, o, Rusiya Federasiyasında "Rosneft"dən sonra ikinci ən böyük neft emalı zavodudur. 2021-ci ildə şirkət 43 milyon ton neft emal edib.

0