"YouTube" Zaxarovanın brifinqini BLOKLADI

DÜNYA
15:22 / 07.04.2022
902

"YouTube" 17 mart 2022-ci il tarixində Putinin baş təbliğatçısı və Rusiya Xarici İşlər Nazirliyinin həmtəsisçisi Mariya Zaxarovanın brifinqini  bloklayıb. 

Hit.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb "Ukraynadakı zorakılıq epizodları ilə bağlı video hostinq siyasətinin pozulması" göstərilib. 

Bununla yanaşı rus təbliğatçıları üçün internetdə dezinformasiya yaymaq getdikcə çətinləşir. "YouTube" dünyanın hər yerindən bir sıra Rusiya kanallarını , o cümlədən Birinci Kanal, Kanal 5, NTV, TNT, RT, Rusiya 1, Rusiya 24, Moskva 24, Moskva 24 və 60 Dəqiqələri dayandırıb.

0