Avropa Parlamentinin sədri Robert Metzol Ukraynanın Aİ-yə üzvlük müraciətinə Kiyevin sorğuya cavab verəcəyi təqdirdə qısa müddətə baxılacağını proqnozlaşdırır.
32gun.az xəbər verir ki, o, bu barədə “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində bildirib.
"Artıq qucaq açmağımızın vaxtıdır. Kiyevdə baş nazir Denis Şmıqalla danışdım ki, bu gün və ya sabah qəbul olunacaq məsələlərin siyahısını gözləyirlər", - Metsola bildirib. .
Onun sözlərinə görə, Ukrayna tərəfi dörd gün ərzində suallara cavab verə biləcək.