Almaniyada Ukraynaya qarşı müharibəyə görə Rusiya prezidenti Vladimir Putin barəsində cinayət işi başlanılıb.
HİT.az "Unikal"a istinadən xəbər verir ki, Almaniyanın keçmiş ədliyyə naziri Sabine Leutheusser-Schnarrenberger və keçmiş daxili işlər naziri Gerhart Baum Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla bir sıra digər Rusiya rəsmilərinə qarşı hərbi cinayətlərin araşdırılmasını tələb edərək Federal Prokurorluğa cinayət işi qaldırıblar.
Berlində keçirilən mətbuat konfransında iki eks-nazir rus qoşunlarının Ukraynada törətdiyi insanlığa qarşı beynəlxalq hüquqa görə cinayət sayılan ən ağır cinayətləri sadalayıb.