Türkiyədə Mərkəzi Bank, dövlət, vətəndaş HAMI QIZIL ALIR

DÜNYA
11:35 / 26.05.2020
1415

Türkiyədə qızıla tələbat, onun satışları və qiyməti sürətlə artır.

Türkiyə mətbuatı xəbər verir ki, türk lirəsinin zəiflədiyi və ölkənin valyuta ehtiyatları ilə bağlı problemlərinin hiss olunduğu son 3 ildə ölkədə Mərkəzi bankla yanaşı, dövlət qurumları və vətəndaşar da qızıl almağa başlayıblar. İndi isə bu sahədə yeni qanunlar tətbiq edilib.

Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyi qızıl satışını bir qədər azaltmaq üçün bu sahədə məhdudlaşdırıcı qaydalara başlayıb. Yeni qaydaya görə, 100 qramdan artıq alının qızıl vətəndaşın hesabına bir gün sonra oturulacaq. Qızıl satışından vergilər də artırılaraq 0,2%-dən 1%-ə qaldırılıb.

Hökumətin belə qərarlarverməsi təsadüfi deyil. Rəsmi məlumatlara görə, qızıl Türkiyə iqtisadiyyatında getdikcə daha böyük rol oynamağa başlayıb.

Təkcə Xəzinədarlıq 2018-ci ilin oktyabr-2020-ci illəri ərzində 171,8 ton qızıl borc götürüb. Mərkəzi Bank isə son üç il yarım ərzində 396 ton qızıl alıb. Son üç ildə vətəndaşların banklardakı qızıl əmanətləri 229,5 ton artdığı halda, son bir ildə bu artım 160,2 ton olub. Başqa sözlə, dollardakı dalğalanma davam etdikcə və investisiyalar azaldıqca, qızıla da tələbat yüksəlib. İndiyədək Türkiyədə qızıla tələbat belə yüksək olmayıb.

İndi isə bu sahədə yeni qaydalar başlayıb. Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyi (BRSA) 21 May tarixində elan etdiyi qərarla, real və hüquqi şəxslərin gündə 100 qram və ya daha çox qızıl alması üçün hesaba keçidin ertəsi gün olacağına qərar verib.

Xəzinə isə banklarda tələb hesablarından və ya investisiya hesablarından edilən qızıllar və gümüşlər də daxil olmaqla qiymətli metal alışlarından verginin 0,2%-dən 1%-ə qaldırılmasına qərar verib.

Paralel olaraq istiqrazlardan əldə edilən gəlirlərdən vergi 10 faizdən 15 faizə qaldırılıb və əmanət vergisi ilə bərabərləşdirilib.

Hökumətin 171,8 ton qızıl borcu var

Xəzinə və Maliyyə Nazirliyinin məlumatlarına görə, ilk dəfə 2017-ci ilin oktyabr ayında 187 kq qızıl istiqrazlar və 171 kq qızıl əsaslı icarə sertifikatları ixrac edən Xəzinədarlıq 2017-ci ildə 2,5 ton, 2018-ci ildə 4,2 ton, 2019-cu ildə 82,3 ton, 2020-ci ilin yanvar-may aylarında isə 82,9 ton qızıl borcu götürüb.

Hazırda cari qızıl borc ehtiyatı miqdarı 167,4 ton təşkil edir. Qızılın qram qiymətinin bu günə görə 380 TL olduğunu nəzərə alsaq, Xəzinədarlığın qızıl borc ehtiyatının TL ekvivalenti 63.6 milyard TL təşkil edir.

Yeri gəlmişkən, Xəzinədarlıq qızıl borcunda xeyli itirib. Qıxıl borcu götürəndə qızılın lirə ilə qiyməti 297 TL olduğu halda indi qiymət ü380 lirədir. Nəticədə Xəzinədarlığın borcu 14 milyard TL artıb.

Türkiyənin daxili borcunda da qızılın payı kəskin artmaqdadır. Ümumi daxili borc borcundakı qızıl borcunun payı, 2018-ci ildə 0,7 faiz, 2019-cu ildə 9,7 faizə, 2020-ci ilin yanvar-mart dövründə 17,74 faizə yüksəldi.

Xəzinə və Maliyyə Nazirliyi qızıl borc götürməyin məqsədini "yastıq altındakı qızılın iqtisadiyyata gətirilməsi, maliyyələşdirmə alətlərinin şaxələndirilməsi və investor bazasının genişləndirilməsi" kimi qiymətləndirir.

Türkiyə mərkəzi bankı qızıl alışı üzrə dünyada birincidir. 2019-cu ildə 159 ton, 2020-ci ilin yanvar-may dövründə isə 99,7 ton qızıl alışı ilə mərkəzi bankın ehtiyatları 15 may 2020-ci il tarixinə 512,2 tona və dəyəri 28,4 milyard dollara yüksəlib.

Ümumdünya Qızıl Şurası güman edir ki, mərkəzi bankların qızıl ehtiyatlarını artırmağı, ABŞ-ın digər ölkələrə maliyyə təzyiqləri göstərmək üçün dollar istifadə etməsini və sanksiya təhdidlərinə qarşı hazırlıq məqsədi daşıyır.

Türkiyə vətəndaşları da dollardan qızıla meyl edirlər. Cəmi qızıl (qiymətli metal depoziti) əmanətləri və vətəndaşların əmanət və iştirak banklarında olan vəsaitləri 15 may tarixinə 20 milyard 314 milyon dollara çatdı. Bu rəqəm 365,7 tona uyğundur.

İlin əvvəlindən bəri vətəndaşların qızıl əmanətləri və fondları dəyər baxımından 60 faiz və miqdarda 40 faiz artmışdır.

Ötən il 17 may tarixində vətəndaşın qızıl hesabındakı rəqəm, dəyəri 205,5 ton olan 8 milyard 425 milyon dollar idi.

0
Fed.az