Putin Jirinovskinin vida mərasiminə qatılıb - VİDEO

DÜNYA
12:43 / 08.04.2022
1183

Rusiya prezidenti Vladimir Putin LDPR lideri Vladimir Jirinovski ilə vida mərasiminə gəlib. 

32gun.az RİA Novosti-yə istinadən xəbər verir ki, siyasətçi ilə vida mərasimi Moskvada İttifaqlar Evinin (Dom Soyuzov) Sütunlar zalında keçirilib.

Mərasim zamanı Putin qırmızı qızılgül buketini Jirinovskinin nəşinin önünə qoyub. Vida mərasimi prezident alayının mühafizəçilərinin iştirakı ilə baş tutub.

Qeyd edək ki, Jirinovski aprelin 6-da 75 yaşında ağır və uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

0