Rusiya Ukraynada xüsusi hərbi əməliyyatın yaxın gələcəkdə başa çatacağını gözləyir.
"Ölkə.Az" xəbər verir ki, bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov Britaniyanın "Sky News" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyası ümid edir ki, “yaxın gələcəkdə əməliyyat öz məqsədlərinə çatacaq və yaxud da Rusiya və Ukrayna nümayəndə heyətləri arasındakı danışıqlarla başa çatacaq”.
Jurnalistin müharibənin həqiqətən də yaxın günlərlə bitəcəyi ilə bağlı dəqqiləşdirici sualını cavablandıran Peskov deyib: “Biz yaxın gələcəkdən danışırıq”.