Zelenskiyə Aİ-yə üzvlüklə bağlı anket vərəqəsi təqdim edildi

DÜNYA
22:38 / 08.04.2022
1077

Hazırda Kiyevdə səfərdə olan Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenskiyə sorğu anketini təqdim edərək bildirib ki, bu sorğu vərəqəsi Ukraynanı Avropa İttifaqına daxil olmasını yaxınlaşdıra bilər.

Sənəd Avropa Komissiyasına Ukraynanın Avropa İttifaqına daxil olması məsələsinin müzakirəsinə başlamaq üçün Aİ Şurasına imkan verəcək.

Qeyd olunur ki, sənəd Avropa İttifaqına tövsiyə xarakteri daşıyacaq.

Avropa Komissiyasının rəhbəri sorğunu doldurmağa kömək edəcəyinə söz verib:

“Birlikdə sıx işləsək, bu mövqeyi həmişə olduğu kimi illər ərzində deyil, həftələr ərzində formalaşdırmaq mümkün olacaq”.

0