Kiyev vilayətinin Buçanski rayonunun Makarov şəhərində güllələnmiş 132 mülki şəxsin meyiti tapılıb.
HİT.az Unian.net-ə istinadən xəbər verir ki, bu barədə Makarov kəndinin başçısı Vadim Tokar məlumat verib.
O bildirib ki, rus hərbçilər şəhər tipli yaşayış məntəqəsini 40% dağıdıblar.
Tokarın sözlərinə görə, müharibədən əvvəl Makarovda 15 min sakin yaşayırdı, müdafiənin aktiv mərhələsində 1000-dən az əhali qalıb.
"İlkin hesablamalara görə, dağıntıların miqyası təxminən 40% təşkil edir. İşğalçılar demək olar ki, bütün infrastrukturu dağıdıblar, bombalanmış şəxsi və yaşayış binalarını tərk ediblər, xəstəxana və uşaq bağçalarını tamamilə dağıdıblar”, - Tokar bildirib.