Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2022-ci il aprelin 11-nə planlaşdırılan səfəri təxirə salınıb.
HİT.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, səfərin vaxtının təxirə salınmasına səbəb İordaniya Kralı II Abdullahın vəziyyətinin pisləşməsidir.
İordaniya kralı II Abdullah tibbi müayinədən keçmək üçün sabah Almaniyaya səfər edəcək.
Bu barədə isə kralın mətbuat xidməti məlumat yayıb.
Kralın müayinəsi Frankfurtdakı özəl klinikaların birində baş tutacaq.
İlkin məlumata görə, kral disk yırtığından əziyyət çəkir və əməliyyat oluna bilər.