Belarus Prezidenti Aleksandr Lukaşenko xokkey oynadığı zaman xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, oyun zamanı rəqib komandanın oyunçusunun xokkey ağacı onun çənəsinə dəyib. Nəticədə, Lukaşenkonun çənəsi əzilib.
Qeyd edək ki, bu gün onun komandası 13-cü dəfə həvəskarlar arasında respublika turnirinin qalibi olub.