Arestoviç: “Qarşıdakı iki həftə Donbas uğrunda ağır döyüşlər gedəcək”

DÜNYA
23:59 / 09.04.2022
1369

“Növbəti iki həftə ərzində Donbasda müharibənin növbəti fazasının taleyini həll edəcək ağır döyüşlər olacaq”.

Bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, Rusiya qoşunları Zaporojye və Xerson istiqamətində fəallaşıblar. A.Arestoviç bildirib ki, altı istiqamət üzrə məğlub olan Rusiya qoşunları bütün diqqətlərini əsas məqsədə Donbası tutmağa yönəldiblər”, - deyə A.Arestoviç bildirib.

0