Kremldən ABŞ-ın keçmiş prezidentinə CAVAB

DÜNYA
14:33 / 11.04.2022
1207
Kreml ABŞ-ın keçmiş Prezidenti Billi Klintonun Rusiyaya NATO-ya üzv olmağı təklif etməsi ilə bağlı fikirlərinə münasibət bildirib.
 
"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bununla bağlı sualı cavablandırıb.
 
Onun sözlərinə  görə, ABŞ rəsmiləri dəfələrlə Rusiyanın NATO-ya üzvlüyünün mümkün olmadığını açıqlayıblar.
 
Qeyd edək ki, ABŞ-ın 42-ci Prezidenti Bill Klinton (1993- 2001-ci illər) Rusiyanın keçmiş Prezidenti Boris Yeltseni və hazırkı dövlət başçısı Vladimir Putinə bir neçə dəfə Alyansa üzv olmağı təklif etdiyini bildirib.
0