Xorvatiya XİN rusiyalı diplomatların bəzilərinin işdən çıxarılmasını tələb edib

DÜNYA
20:32 / 11.04.2022
1001

Rusiyanın Xorvatiyadakı səfirliyi Xorvatiya Xarici İşlər Nazirliyinin səfirliyin bir qisim əməkdaşının işdən çıxarılmasını tələb etdiyi ilə bağlı məlumatı təsdiqləyib.

Bundan əvvəl Xorvatiyanın xarici işlər naziri Qordan Qrlix-Radman bəyan etmişdi ki, Ukrayna hadisələri ilə bağlı Zaqreb bir neçə rusiyalı diplomatı ölkədən çıxaracaq.

“Biz səfirin (Andrey Nesterenkonun) Xarici İşlər Nazirliyinə çağırıldığını və bir neçə rusiyalı diplomatın ölkədən çıxarılması tələbi ilə nota aldığını təsdiq edirik”, – deyə Rusiya diplomatik nümayəndəliyindən bildiriblər.

Diplomatik nümayəndəlik əməkdaşlarının nə qədər sayda və hansı şərtlərlə ölkədən çıxarılacağı ilə bağlı isə hələlik açıqlama verilmir.

 

0