İngiltərədə Bruklin-Mai adlı 3 yaşlı qızın ölümü ailələrdə panika yaradıb.
Hit.az bildirir ki, iddiaya görə, azyaşlı "Kinder" yumurtası yedikdən sonra xəstələnib. Onun qızdırması 39-dan yüksək olub. Xəstəxanada bütün müdaxilələrə baxmayaraq uşağı xilas etmək mümkün olmayıb.
Bruklinin anası Şarlotta "Çox macəraçı və aktiv qızımı belə görmək və xatırlamaq ürək ağrıdır", - deyə söyləyib.
Azyaşlının ölüm səbəbi araşdırılır.
Xatırladaq ki, Belçikanın "Ferrero” markasının istehsal etdiyi "Kinder" yumurtalarında salmonella virusu aşkar edildikdən sonra məhsullar geri çağırılıb və müvəqqəti olaraq fabrik bağlanıb. //sfera.az