Avstriya kansleri Karl Nehammer Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra deyib ki, söhbət çox sərt və açıq olub.
Bu barədə Avstriyanın mətbuat agentliyi hökumət başçısına istinadən məlumat yayıb.
Nehammerin açıqlamasında qeyd edib ki, bu dostluq səfəri deyildi.
“Mənim Putinə ən mühüm mesajım o idi ki, bu müharibə nəhayət bitməlidir, çünki müharibənin hər iki tərəfində uduzanlar var”,– o, bildirib.
Kansler görüşdə həmçinin Buçada və Ukraynanın başqa şəhərlərində ağır hərbi cinayətlərdə iştirak edənlərin məsuliyyətə cəlb edilməlsini tələb edib.
“Mən prezident Putinə də açıq şəkildə bildirdim ki, Ukraynada insanlar öldüyü müddətdə Rusiyaya qarşı sanksiyalar davam edəcək və sərtləşdiriləcək”, – Nehammer əlavə edib.
Qeyd edək ki, Nehammer Ukraynada hərbi əməliyyatı başlayandan bəri Putinlə görüşən Avropa İttifaqı üzvü olan ölkənin ilk hökumət başçısıdır.
Bundan əvvəl o, Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb. /redaktor.az