Rusiya Prezidenti Vladimir Putinin keçmiş köməkçisi Vladislav Surkovun ev dustaqlığında olduğu açıqlanıb.
Bu barədə Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarev öz mənbələrinə istinadən bildirib. "Vladislav Surkov hazırda ev dustaqlığındadır və 2014-cü ildə Donbasda baş verən mənimsəmə faktı ilə bağlı istintaq tədbirləri davam etdirilir”, - deyə İ.Ponomarev vurğulayıb.
Qeyd edək ki, İ.Ponomarev Surkovun etibarlı adamı sayılır və “Skolkovo” fondunda işləyib. Bizim.Media