Bayden Hindistandan tələb etdi: “Rusiyadan neft alışını artırmayın”

DÜNYA
22:54 / 12.04.2022
1315

ABŞ Prezidenti Co Bayden Hindistanın Baş naziri Narendra Modiyə müraciət edərək ondan Rusiyadan neft alışını artırmamağı istəyib.

C.Baydenin fikrincə, bu, Hindistanın da maraqlarına cavab vermir və ABŞ-ın Ukraynadakı müharibəyə verdiyi cavaba zərər vura bilər.

“Prezident aydın şəkildə bildirdi ki, o, Rusiyanın enerji resurslarının və ya digər məhsullarının idxalını sürətləndirməyin və ya artırmağın Hindistanın marağında olmadığını hesab edir”, - deyə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

1