Osmanlı Sultanının milyonluq almas qaşı görün kimə satılıb: 95 karatlıq xəzinə - FOTOLAR

DÜNYA
10:08 / 13.04.2022
2825

İngilis futbolçu Devid Bekhem və Viktoriya Bekhemin oğlu Broklin Bekhemin bir neçə gün əvvəl keçirilən toy mərasimi daha bir iddia ilə gündəmə gəlib. 

Qaynarinfo xəbər verir ki, gəlinin anası 65 yaşlı Klaudio Peltezin taxdığı boyunbağının almas qaşınının dünyanın ən özəl almaslarından biri olduğu və dəyərinin milyon dollarlarla qiymətləndirildiyi deyilib. 

İddialara görə, Peltizin boyunbağısı "Star of the east” adlı 95 karatlıq almas bir zamanlar II Əbdulhəmidə aid olub. 1900-ci illərdə 120 min dollara satılıb.  

İlk olaraq 1950-ci ildə Misir Kralı I Faruk tərəfindən satın alındığı, daha sonra bir neçə dəfə başqalarına satıldığı, ancaq alan şəxslərin adlarının və həmin boyunbağının hazırda kimdə olduğunun gizli saxlanıldığı iddia edilib.

Peltezin boyunbağısının qiyməti dəqiq bilinməsə də, Əbdülhəmidin kolleksiyasındakı 45 karatlıq "Hope Diamond”un qiymətinin 300 milyon dollar olduğu deyilir.

0