Rusiya sülhməramlıları erməni deputatları Qarabağa buraxmayıblar.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistanın XİN rəhbəri bildirib. O qeyd edib ki, Rusiya sülhməramlıları mümkün təxribatların qarşısını almaq üçün erməni deputatların Qarabağa daxil olmasına icazə verməyiblər. Erməni KİV-ləri isə bildirir ki, bu gün səhər müxalif "Hayastan" ("Ermənistan”) və "Badiv unem" ("Şərəfim var") fraksiyaları parlamentin dördgünlük iclasını boykot edərək Qarabağa getmək istəsələr də, bunun qarşısı sülhməramlılar tərəfindən alınıb.