Rusiya-Ukrayna danışıqları onlayn formatda davam edir.
HİT.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, tərəflər Ukraynanın neytrallıq statusu, silahsızlaşdırılması, nasistlərdən təmizlənməsi, rus dilinin statusunun bərpa edilməsi, ərazi reallıqları və digər məsələləri müzakirə edirlər.