İngiltərədə Kovid-19 məhdudiyyətləri zamanı baş verən partiya qalmaqalında baş nazir Consonun cərimələndikdən sonra istefa verməməsinə etiraz edən ədliyyə naziri istefa verib.
HİT.az-ın xarici mediaya istinadən məlumatına görə, baş nazir hadisə zamanı bütün məhdudiyyətlərə əməl edildiyini əsas gətirərək, istefası ilə bağlı çağırışları rədd etmişdi.
Ədliyyə naziri Devid Volfson baş nazirin hərəkətlərinin "qanunun aliliyinə zidd" olduğunu deyərək istefa verib.
Volfson bəyan edib ki, o, artıq Boris Conson hökumətində xidmət edə bilməz.
"Ədalət çox vaxt məhkəmə və prosedur məsələsi ola bilər, lakin qanunun aliliyi başqa şeydir. Onun kökündə bu, bir dövlətdə hər kəsin və əslində dövlətin özünün qanuna tabe olması mənasını verən konstitusiya prinsipidir"- deyə Volfson bildirib.
Conson cinayət törətməkdə təqsirli bilinən ilk Britaniya baş naziri olub. //manset.az