Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulacaq? - Çavuşoğlu yeganə şərti açıqladı

17:55 / 14.04.2022
773

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin BMT-nin tətbiq edə biləcəyi sanksiyalara münasibətini açıqlayıb.

Ölkə.Az "haberler.com"a istinadla xəbər verir ki, o, BMT sanksiya tətbiq edəcəyi təqdirdə vəziyyətə uyğun davranacaqlarını bildirib:

"Türkiyə prinsiplərlə siyasət aparır. Rusiyanın Ukraynaya hücumunu düzgün görmədiyimizi söylədik. Biz də bir çox qərarlarda iştirak etdik. Montrö konvensiyasına əməl etdik. Heç kim demədiyi zaman müharibə idi. Sanksiyalar BMT sanksiyasıdırsa, ona əməl edəcəyik. Amma digər tərəfdən ölkələr sanksiya qərarı versələr, sabah onu dəyişdirə bilərlər, əməl edən ölkələr var, əməl etməyən ölkələr var.

Amma hər iki tərəf etiraf edir ki, vasitəçilik etdiyimiz müddətdə bizim bu sanksiyalarda iştirak etməyimiz qeyri-realdır. Sanksiyalar bizim şirkətlərə də təsir edə bilər. Amma biz prinsipial və balanslı mövqeyimizi qoruyub saxlayacağıq. Bizim apardığımız siyasətə hamı hörmətlə yanaşır”, - deyə o bildirib.

0