Şahzadə Harri və Meqan 2 ildən sonra kraliça ilə görüşdülər

DÜNYA
12:48 / 15.04.2022
1704

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl ABŞ-a köçdüklərindən bəri ilk dəfə Böyük Britaniya kraliçası II Yelizaveta ilə görüşdülər.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, görüş 2 ildən sonra kraliçanın 96-cı ildönümünə bir neçə gün qalmış baş tutub.

Bildrilib ki, cütlük II Yelizaveta ilə onun rəsmi iqamətgahında görüşüb və orada bir neçə saat keçiriblər.

Qeyd edək ki, şahzadə Harri krallıq səlahiyyətlərindən imtina edərək həyat yoldaşı Meqan Marklla sarayı tərk edib.

0