Rusiya Ədliyyə Nazirliyi politoloq Yekaterina Şulman, jurnalist Yuri Dud və daha yeddi nəfəri xarici agent kimi fəaliyyət göstərən KİV-lərin reyestrinə daxil edib.
Bu barədə nazirliyin saytında məlumat verilib.
Reyestrə əlavə edilənlər arasında karikaturaçı Sergey Yelkin də var.
Bundan əlavə, siyahıya Regina Dzuqkoeva, Karen Şainyan, Mariya Sabunayeva, Aleksey Semyonov, Kirill Kruqlikov və Roman Dobroxotov da daxildir./Oxu.az