Rusiyanın Ukraynada itkiləri təxminən 16-17 min nəfər təşkil edir.
Qaynarinfo xəbər verir ki, bunu "Bellingcat” internet nəşrinin Bolqarıstandan olan araşdırmaçı jurnalisti Xristo Qrozev 15 martda "Populyarnaya politika” "YouTube" kanalına verdiyi müsahibəsində bildirib.
Mənə elə gəlir ki, Rusiyada xalqla belə "razılaşma” olmayıb. Yalnız Mariupolun (şərti olaraq) əldə edilməsi üçün 10-15 min əsgərin öləcəyi barədə xəbərdarlıq edilməyib. Əgər əvvəlcədən belə ehtimallar səslənsəydi, o zaman bu rəqəmin aşılıb-aşılmamasının vacibliyindən danışardıq. Amma burada sanki deyirdilər ki, 500-1000 nəfər itki ilə qələbə qazanacağıq, o cümlədən Kiyevi ələ keçirəcəyik və ölkədə rəhbərliyi dəyişəcəyik. Yəni balans tam pozulub. Sualınıza belə cavab verə bilərəm: Hesab edirəm ki, bu günə real rəqəm hardasa 16-17 min nəfər civarındadır”, deyə araşdırmaçı jurnalist Rusiya itkiləri ilə bağlı sualı cavablandırıb.
ARAYIŞ: "Bellingcat” internet nəşri 2014-cü ildə yaradılıb və əsasən müharibə bölgələri haqqında jurnalist araşdırmaları ilə məşmuldur. Nəşr artıq bir çox beynəlxalq mükafatlara layiq görülüb. Nəşrin ən məhşur araşdırmaları siyahısında Malayziyaya məxsus "Boeing” MH17 təyyarəsinin Ukrayna hava məkanında vurulması, Böyük Britaniyada yaşayan Sergey və Yuliya skripalların, həmçinin rusiyalı müxalifətçi Aleksey Navalnın Rusiya xüsusi xidmət orqanları əməkdaşları tərəfindən zəhərlənməsi, Bəşər Əsəd rejimi tərəfindən Suriyada kimyəvi silahdan istifadə edilməsi və digər araşdırmalar var.