“Bu, danışıqlara son qoya bilər” - Zelenskidən Rusiyaya xəbərdarlıq

DÜNYA
21:27 / 16.04.2022
1469

"Rusiya Federasiyası Mariupolu müdafiə edən Ukrayna hərbçilərini məhv edərsə, o zaman gələcək sülh danışıqları qeyri-mümkün olacaq".

Ukrayna Prezidenti Vladimir Zelenski “Ukrainska Pravda” portalına müsahibəsində deyib.

"Mariupol on Borodyanka kimi ola bilər və demək istəyirəm ki, bizim hərbçilərimizin öldürülməsi bütün danışıqlara son qoyacaq. Çünki biz ərazilərimizi və insanlarımızı alver predmetinə çevirmirik. Borodyanka nə qədər çox olsa, bir o qədər çətin olacaq”, - Zelenski bildirib.

Rusiya Federasiyası ilə Mariupolla bağlı danışıqların davam etdiyini deyən prezident danışıqlar aparan tərəflərə etimadın olmadığını bildirib. Qeyd edib ki, Ukrayna yaralıları, qadınları və uşaqları götürmək üçün atəşkəs istəyir, lakin bu, Rusiyanın iradəsindən asılıdır.

"Xalqımıza təslim olmağı təklif edirlər. Orada bizim hərbçilərimizə başqa cür yanaşırlar. Siz də bunu çox yaxşı bilirsiniz”, - deyə Zelenski əlavə edib. /Qafqazinfo

1