ABŞ-da inanılmaz olay: Bir məktəbin 100-dən artıq məzunu nadir xəstəliyə yoluxub

17:25 / 17.04.2022
1506
ABŞ-ın Nyu Cersi ştatında fəaliyyət göstərən Vudbric məktəbi bütün dünyanın diqqət mərkəzinə düşüb. Yeganə ortaq cəhətləri eyni məktəbdə təhsil almaqları olan 100-dən artıq adam nadir rast gəlinən beyin xərçənginə yoluxub.
 
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, olay Al Lupiano adlı vətəndaşın səyləri nəticəsində üzə çıxıb. Xərçəngə yoluxan 50 yaşlı amerikalı qardaşını da eyni xəstəliyə qurban verdiyi üçün bunu araşdırmaq qərarına gəlib. 
 
Həyat yoldaşı da "Glioblastoma" adı verilən nadir beyin xərçənginə yoluxan Al Lupiano hadisəni sosial mediaya çıxarıb.
 
Özü, qardaşı və həyat yoldaşının tək ortaq nötqəsinin eyni məktəbdə təhsil almaq olduğunu müəyyənləşdirən Al Lupiano bu ehtimalı araşdırmaq üçün "Facebook"da qrup yaradaraq eyni təhsil ocağında oxuyan insanlarda bənzər xəstəliyin olub-olmadığını soruşub.
 
 
Aldığı cavablar Al Lupianonun şübhələrini daha da gücləndirib. O, qısa zamanda onlarla adamdan cavab alıb. Al Lupiano ötən həftə eyni məktəbdə oxuyub beyin xərçənginə yoluxanların sayının 100-ə çatdığını açıqlayıb.
 
Bununla bağlı "TikTok"da paylaşım edən Al Lupiano hadisənin bir anda ölkə gündəminə çevirilməsinə səbəb olub. Video qısa zamanda milyonlarla dəfə izlənib və müvafiq qurumlar araşdırmalara başlayıb. 
 
İlkin araşdırma nəticəsində məktəbdən 20 km aralıda yerləşən və hazırda bağlı olan uran emalı müəssisəsi "Middlesex" şübhəli kimi müəyyən edilib.
 
Ölkə mətbuatında yer alan xəbərlərə görə, atom bombası üçün uran filizinin əridilməsi, qurudulması və saxlanması üçün istifadə edilən obyektdəki torpağın məktəb bağçasında istifadə edildiyi və ya hansısa yolla torpağı çirkləndirdiyi düşünülür.
 
 
Sözügedən obyektin 1940-cı illərdə dünyanın ilk atom bombasını istehsal etmək üçün fəaliyyət göstərdiyi bildirilir. Vudbric bələdiyyə başçısı Con Makkormak artıq bu bağlantının araşdırılması üçün rəsmi prosedurun başladığını bildirib.
 
Rəsmilər məktəbin keçmiş məzunlarını taparaq dəqiq xəstə sayını müəyyənləşdirməyə çalışır.
 
 
2