Bir kiloqram çay 15 min dollara satıldı

DÜNYA
09:35 / 18.04.2022
2035

Yaponiyada bir kiloqram çay hərracda 1,96 milyon yenə (təxminən 15,5 min dollara) satılıb.

Lent.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu indiyə qədər hərraclarda rekord göstərici sayılır.

Bu cür hərraclar hər il aprel ayında Şizuoka şəhərində, ölkənin ən yaxşı çay plantasiyalarının yerləşdiyi ərazidə keçirilir.

Dequstatorlar qeyd ediblər ki, rekord qiymətə alınan yaşıl çay özünəməxsus sıx dad və ətirə, xüsusilə tünd rəngə malikdir. 

Qeyd edək ki, hərracda satılan çayın Şizuokada 1 kiloqram üçün orta qiyməti 5000 yenə (təxminən 40 dollar) təklif olunur.

Xatırladaq ki. Yaponiya kənd təsərrüfatı məhsullarının hərracları ilə məşhurdur. Burda tez-tez qiymət rekordlar qırır. 

Belə ki, ötən ilin iyulunda Kanazava şəhərində keçirilən hərracda nadir “Pima Ruby” sortuna aid bir salxım üzüm13 min dollara satılıb.

0