Paşinyanın Rusiyaya səfəri başladı

DÜNYA
12:36 / 19.04.2022
521

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın paytaxtı Moskvaya səfəri başlayıb.

HİT.az xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.

O, bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli bəyanatların icrasını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri müzakirə edəcək.

Görüşdə Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələləri ətrafında da fikir mübadiləsi aparılacağı da gözlənilir.

Həmçinin hökumət başçısının Rusiyanın Nijni Novqorod şəhərinə də səfəri planlaşdırılır.

0